Qayıqdakı davada 24 yaşlı gənc dənizə düşüb öldü


  • 10:58

Türkiyənin Muğla şəhərində faciəvi hadisə baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Marmaris rayonunda qayıqda 4 nəfər arasında başlayan mübahisə davaya çevrilib.

Dava zamanı başından zərbə alan 24 yaşlı gənc dənizə düşüb.

Əraziyə sahil mühafizə qrupları göndərilib.

Atası huşunu itirmiş oğlunu sudan çıxarıb.

O, sahil mühafizə qrupları tərəfindən xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər