- 17:50
Türkiyənin Ankara şəhərində vəkil silahlı hücuma məruz qalıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir bildirib ki, hadisə Ankaranın Sincan səmtində yerləşən ofisin əmlakanın məhkəmə qərarı ilə müsadirəsi zamanı baş verib.
İstanbulun 1 saylı Vəkillər Kollegiyasının üzvü vəkil Doğan Polat sözügedən ofisdə silahlı hücuma məruz qalıb.
Hadisə zamanı icra məmuru və bir vətəndaş da yaralanıb.
Ankara Prokurorluğu hücumla bağlı araşdırmalara başlayıb.
"Şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir", - deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə