Antalyada ağır qəza: 6 nəfər yaralanıb


  • 11:34

Türkiyənin Antalya şəhərində ağır yol qəzası olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Antalyanın Serik rayonunda 3 mikroavtobus toqquşub.

Qəzada mikroavtobus sürücüləri və avtobusdakı 3 sərnişin olmaqla ümumilikdə 6 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri göndərilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə ətrafdakı xəstəxanalara çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir.

Qəzaya görə bağlanan yolda bir saat sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər