- 22 İyul 23:57
“Daşnaksütyun” partiyası Ermənistanın baş naziri Nikol Paşinyana qarşı cinayət işinin açılmasını tələb edib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə partiyanın “Facebook” səhifəsində dərc olunub.
Partiya üzvləri vətəndaşlara müraciət edərək Erməni Apostol Kilsəsinin (EAK) müqəddəsliyini xatırladaraq bildiriblər ki, EAK erməni kimliyinin əsas dayağıdır. Onlar Paşinyanın erməni kilsəsinə qarşı apardığı kampaniyanı qanunsuz adlandırır və vətəndaşları bu cinayətin qarşısını almağa hazır olmağa çağırırlar.
Bundan əvvəl “Rossiya Segodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistanı xilas etməyin yolunu açıqlayaraq bildirib ki, Erməni Apostol Kilsəsi ilə bağlı vəziyyətə görə ermənilər ölkəni itirə bilərlər və Ermənistanı xilas etmək üçün baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.
Humay Eminqızı