- 23 İyul 23:02
Meymunların sosial zəkalarına və mədəni uyğunlaşma qabiliyyətinə görə insanlara çox bənzəməsi ilə bağlı yeni faktlar aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Zambiya ziyarətgahındakı şimpanzelər qulaqlarına və ya ombalarına ot və çubuq taxaraq yeni sosial davranış inkişaf etdiriblər. Mütəxəssislər deyirlər ki, bu, şimpanzelərin də insanlar kimi sosial tendensiyalara uyğunlaşdığını göstərir. Belə ki, 2010-cu ildə Çimfunşi Vəhşi Təbiət Qoruğunda yaşayan dişi şimpanze qulaq kanalına ot sapı qoyub. Bu davranış digər şimpanzelər tərəfindən tez mənimsənilib. Alimlər hesab edirlər ki, şimpanzeləri bəzi vərdişləri sosial harmoniya və təqlid göstəriciləri ola bilər.
Hollandiyadakı Utrext Universitetinin davranış bioloqu Dr. Ed van Leeuwen bu davranışı “sosial ənənə” kimi xarakterizə edir. Eyni davranış illər sonra sığıncağın başqa bir bölgəsində başqa bir qrup şimpanzedə də müşahidə edilib.
Doktor Van Leeuven Hollandiyadakı zooparkda da oxşar nümunəni müşahidə edib.
Van Leeuwen deyir ki, bu cür davranış sosial öyrənmə yolu ilə yayılan bir tendensiyadır. "Biz şimpanzelərin boş vaxtlarında bu davranışları inkişaf etdirdiyini görürük. Təhlükəsiz və yırtıcılardan uzaq olduqları bu mühitlərdə sosial əlaqələrə daha çox vaxt ayıra bilərlər” - deyə alim qeyd edib.
Oksford Universitetinin primatoloqu Elodie Freyman deyir ki, insanlar və meymunlar arasında sosial davranışın ötürülməsi primatologiyada yenilikdir.
Tədqiqatlar bir daha nümayiş etdirir ki, şimpanzelər təkcə vəhşi təbiətdə yaşamaq bacarıqlarına görə deyil, həm də sosial zəkalarına və mədəni uyğunlaşma qabiliyyətinə görə insanlara çox bənzəyirlər.
Şəbnəm Mehdizadə