İtlər Parkinson xəstəliyini qoxuya görə aşkar edə bilir - ARAŞDIRMA


  • 22 İyul 15:05

Böyük Britaniyada aparılan elmi araşdırmaya görə xüsusi təlim keçmiş itlər Parkinson xəstəliyi olan şəxsləri dəqiq şəkildə ayırd edə bilir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma bəzi itlərin Parkinson xəstəliyini qoxuya görə aşkar edə bildiyini ortaya çıxarıb. Tədqiqat Mançester Universiteti və ixtisaslaşmış bir təşkilatla birgə aparılıb. Tədqiqat zamanı iki it Parkinson xəstələrindən alınan nümunələri iyləyiblər. Bu proses “ikiqat kor” adlı elmi metoddan istifadə edilməklə aparılıb. Yəni heç bir it nümunələrin kimə aid olduğunu bilməyib.

Bristol Universitetində heyvan davranışı üzrə mütəxəssis olan Dr. Nicola Rooney itlərin Parkinson xəstəliyinin qoxusunu tanıya bildiyini vurğulayıb.

İtlərin qoxu alma qabiliyyəti yüksək inkişaf edib. Əvvəlki tədqiqatlar göstərdi ki, bəzi itlər xərçəng, COVID-19 və stress kimi xəstəlikləri qoxuya görə aşkar edə bilirlər. Bu yeni araşdırma Parkinson xəstəliyinin də qoxu əsaslı biomarkerə malik ola biləcəyini təsdiqləyir. Tədqiqatda təlim keçmiş 10 itdən yalnız ikisi testi uğurla başa vurub.

Araşdırmanın nəticələri Parkinson's Disease elmi jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər