İstanbulda 6 İŞİD terrorçusu saxlanılıb


  • 22 İyul 15:10

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda İŞİD-lə əlaqəsi olmaqda, təşkilat adından maliyyə köçürmələri üçün kuryerlik etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Polisin 3 rayonda 9 ünvanda eyni vaxtda keçirdiyi əməliyyat zamanı 6 nəfər saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar, sənədsiz tapança və 865 ədəd patron götürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər