- 22 İyul 23:57
Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Tarlabaşı səmtində 2 avtobus, bir zibil maşını və altı nəqliyyat vasitəsinin toqquşduğu qəzada 5 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis göndərilib.
Yaralılardan 3-ü təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıb.
Bir müddət sonra Tarlabaşı bulvarında nəqliyyatın hərəkəti bərpa edilib.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə