- 22 İyul 23:57
Türkiyənin Kayseri şəhərində mebel fabrikində yanğın olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33-cü küçədə yerləşən mebel fabrikində naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə yanğınsöndürənlər, AFAD və Meşə Regional İdarəsinin əməkdaşları cəlb edilib.
Bir müddət sonra yanğın nəzarət altına alınıb.
Hazırda ərazidə soyutma işləri aparılır.
Yanğın zamanı tüstüdən zəhərlənən iki fəhləyə tibbi yardım göstərilib.
Şəbnəm Mehdizadə