- 22 İyul 23:57
May ayının sonundan bəri Qəzza bölgəsində aclıqdan ölənlərin sayı 1000 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşçi Agentliyinin (UNRWA) Administratoru Filip Lazzarini Cenevrədə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Qəzzada qidaya, qayğıya ehtiyacı olanlar, həkimlər, tibb bacıları, jurnalistlər, humanitar işçilər - hamısı acdır. Çoxları aclıqdan və yorğunluqdan yıxılır" - deyə BMT rəsmisi bildirib.
Şəbnəm Mehdizadə