Tanınmış alman şirkəti bu məhsullarını geri çağırdı


  • 22 İyul 17:29

Almaniyada yerləşən məşhur pərakəndə satış şəbəkəsi “Woolworths”un istehsal etdiyi bəzi məhsullar geri çağırılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin istehsal etdiyi yemək qablarının tərkibində zərərli miqdarda qurğuşun aşkar edilib.

Şirkət “First Bloom” seriyasını təcili olaraq geri çağırıb.

Şirkətin rəsmi açıqlamasında bu məhsulların istifadəsi nəticəsində ciddi sağlamlıq problemlərinin yarana biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Qida ilə təmasda olan bu qabların laboratoriya analizləri nəticəsində qurğuşun tərkibinin qanuni təhlükəsizlik həddini keçdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər