Türkiyədə mədəndə 5 fəhlə qazdan zəhərlənib


  • 22 İyul 17:50

Türkiyənin Zonquldak şəhərində 5 nəfər mədəndə qazdan zəhərlənib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən mədəndə çökmə nəticəsində qaz yaranıb. Ərazidə işləyən fəhlələr əleyhqaz taxaraq şaxtaya qalxıblar.

Fəhlələr yaxınlıqdakı xəstəxanaya aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Ehtiyat tədbiri olaraq mədən boşaldılıb.

Zonquldak valisi Osman Hacıbektaşoğlu fəhlələri ziyarət edib, onlara şəfa diləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər