- 10:27
Türkiyənin Osmaniye şəhərində “Evdə Ədalət Xidməti” çərçivəsində maraqlı bir məhkəmə prosesi həyata keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Osmaniye 5-ci Asliye Cinayət Məhkəməsinin hakimi, səhhətinə görə məhkəməyə gələ bilməyən zərərçəkmiş Selahaddin Albanın ifadəsini almaq üçün onun evinə gedib.
Məhkəmə heyəti, həmçinin şahid Amşe Albanın da ifadəsini yerindəcə alaraq məhkəməyə geri dönüb.
Qeyd edək ki, bu xidmət ədalətə çıxış imkanlarını artırmaq və vətəndaş məmnuniyyətini yüksəltmək məqsədilə həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinə əsasən, səhhətinə görə məhkəməyə qatıla bilməyən şəxslərin evdə dinlənilməsi qanunvericiliyə uyğundur.