- 17:31
Türkiyənin Bursa şəhərində dəhşətli yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Karacabey rayonunda avtomobillə yük maşını toqquşub. Qəza nəticəsində bir ailənin 3 üzvü ölüb, 1 üzvü isə yaralanıb.
Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.
Yaralı uşaq tibb işçiləri tərəfindən Karacabey Dövlət Xəstəxanasına aparılıb.
Qəzada dünyasını dəyişən şəxslərdən birinin polis əməkdaşı olduğu müəyyən edilib.
Hadisənin səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə