“Microsoft” kiberhücuma məruz qalıb


  • 23 İyul 14:26

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” Çinin kiberhücum qrupları tərəfindən hədəf alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat şirkətin bəyanatında yer alır.

Bildirilib ki, Çin tərəfindən dəstəklənən "Linen Typhoon" və "Violet Typhoon" kiberhücum qrupları, eləcə də Çində fəaliyyət göstərən "Storm-2603" qrupu bəzi serverlərdəki zəifliklərdən istifadə edib.

Şirkət həmin boşluqlar üçün təhlükəsizlik yeniləmələrini edib və bütün istifadəçilərə onları dərhal quraşdırmaq barədə xəbərdarlıq edilib. Şirkətin açıqlamasında istintaq davam etdikcə yenilənmələrin olacağı bildirilib.

Texnologiya nəhəngi "Linen Typhoon" kiberhücum qrupunun 13 il ərzində hökumət, müdafiə, strateji planlaşdırma və insan haqları təşkilatlarının əqli mülkiyyətini oğurlamağa çalışdığını vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər