- 23 İyul 23:02
Çin ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxmaq qərarına reaksiya verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında məlumat verib.
Quo sözügdən qərarı kəskin tənqid edib.
Nazirlik rəsmisi həmçinin ABŞ-ni Birləşmiş Millətlər Təşkilatına (BMT) uzun müddətdir borclarını ödəməməkdə ittiham edib.
O, Çinin bütün ölkələri çoxtərəfliliyə sadiqliklərini təsdiqləməyə çağırdığını söyləyib.
Qeyd edək ki, ABŞ-nin sözügedən təşkilatdan çıxması 2026-cı ilin dekabrın sonunda qüvvəyə minəcək.
Beləliklə ABŞ prezident Donald Trampın dövründə iki, təşkilat tarixində isə üçüncü dəfə təşkilatdan ayrılmış olacaq.
Şəbnəm Mehdizadə