Keniyada milyonlarla uşaq iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərdən əziyyət çəkir


  • 23 İyul 14:53

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) iqlim dəyişikliyi və fəlakət risklərinin Keniyada milyonlarla uşağa təsir etdiyini açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki bu barədə məlumat təşkilatın açıqlamasında yer alır.

Açıqlamada Keniyadakı quraqlıq, daşqın, çirklənmə və qida təhlükəsizliyinin uşaqların sağlamlığını, təhsilini, müdafiəsini və əsas xidmətlərə çıxışını pozduğu qeyd olunub.

Bəyanatda bu risklərin mövcud bərabərsizlikləri daha da gücləndirdiyi vurğulanır.

Bəyanatda həmçinin beynəlxalq təşkilatlara və qurumlara Keniyalı uşaqların daha möhkəm və davamlı gələcək qura bilməsi üçün ciddi addımlar atılmasına dair çağırış edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər