Ukrayna Rusiya ilə danışıqlara yeni heyətlə gedir


  • 23 İyul 17:08

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik edib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, İstanbulda keçiriləcək görüşdə Kiyev 14 nəfərlə təmsil olunacaq.

Nümayəndə heyətinin rəhbəri yenidən Rustem Umerov təyin edilib. Lakin o, artıq müdafiə naziri deyil, Təhlükəsizlik Şurasının katibi vəzifəsindədir.

Əvvəlki tərkiblə müqayisədə nümayəndə heyətinin üzvlərinin sayı 12 deyil, 14 nəfərdir. Onların arasında insan hüquqları üzrə səlahiyyətli nümayəndənin təmsilçisi də var.

Beləliklə, Umerovdan əlavə, İstanbulda Kiyevi təmsil edən şəxslər bunlardır: Zelenskinin ofisinin müşaviri Aleksandr Bevz, Hərbi Dəniz Qüvvələri Komandanlığı qərargah rəisinin müavini Aleksandr Dyakov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Ali Radanın insan hüquqları üzrə səlahiyyətli nümayəndəsinin təhlükəsizlik və müdafiə sektorunun orqanlarındakı nümayəndəsi Yuriy Kovbasa, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının xidməti fəaliyyətini təmin edən aparatın protokol zabiti Georgiy Kuzmiçev, Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin birinci müavini Oleq Luqovski, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini Yevgeni Ostryanski, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Aleksandr Poklad, Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitski, Beynəlxalq hüquq şöbəsinin rəisi, Baş Qərargahın Mərkəzi Hüquq İdarəsinin beynəlxalq və əməliyyat hüququ üzrə idarə rəisinin müavini Andrey Fomin, Baş Qərargah rəisinin müavini Aleksey Şevçenko, Baş Qərargahın Baş Operativ İdarəsinin baş zabiti Aleksandr Şerixov və Hərbi Hava Qüvvələri Komandanlığı qərargah rəisinin müavini Yevgeni Şinkaryov.

Humay Eminqızı

Oxşar xəbərlər