- 23 İyul 23:02
İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində 8 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, bu bardə Filistin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.
Tel əl-Hava məhəlləsindəki evin bombalanması nəticəsində 1 i uşaq olmaqla 7 nəfər hələk olub, çoxlu sayda insan yaralanıb.
Qəzza şəhərinin şimal-qərbindəki Hamed xəstəxanası yaxınlığında təcili yardım maşınının hədəf alınması nəticəsində təcili yardım işçiləri yaralanıb.
İsrailin Əl-Şati Qaçqınlar Düşərgəsində məcburi köçkünlərə məxsus çadıra hücumu nəticəsində 1 uşaq ölüb, 11 nəfər yaralanıb.
Humay Eminqızı