Rusiyada terror aktı törətməyə cəhd edən şəxs saxlanıldı


  • 23 İyul 17:12

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krasnodar şəhərində terror aktı törəyməyə cəhd edən əcnəbi vətəndaşı saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Krasnodar diyarı üzrə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təqsirləndirilən şəxs beynəlxalq terror təşkilatının tapşırığı ilə regiondakı neft emalı sənaye obyektində terror törətməyə cəhd edib.

Həmin şəxs cinayəti törətmək üçün rəhbərinin göstərişi ilə molotov kokteyli hazırlayıb. Plan neft emalı zavodlarından birində yataqxana binasını yandırmaq, daha sonra isə əhalini qorxutmaq üçün cinayətin videosunu internetdə yerləşdirmək olub.

O, beynəlxalq terror təşkilatının sıralarına qoşulmaq üçün Əfqanıstana getməyi planlaşdırırdı.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi, eləcə də 205.5-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi başlanıb və istintaq aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər