- 23 İyul 23:02
Türkiyədə bu gün səhər saatlarından etibarən 42 şəhərdə temperatur 35 dərəcədən yüksək olub.
E-huquq.az xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.
Bildiirlib ki, ölkə üzrə hava temperaturu mövsümi normadan 6-12 dərəcə yüksəkdir.
Ən yüksək temperatur 44,6 dərəcə ilə Şırnak vilayətinin Cizre rayonunda qeydə alınıb. Digər şəhərlərdə, o cümlədən Mardin, Şanlıurfa, Gaziantep, Antalya, Ankara, İstanbul, İzmir və digər bölgələrdə temperatur 35-44,6 dərəcə arasında dəyişir.
Ölçmələr səhər saat 09:00 ilə 12:00 arası, kölgədə və yer səthindən 2 metr yüksəklikdə aparılıb. Həftə ərzində hava şəraitinin belə yüksək temperaturlarla davam edəcəyi proqnozlaşdırılır.
Meteoroloqlar sakinləri isti havaya qarşı ehtiyatlı olmağa və lazımi tədbirlər görməyə çağırırlar.
Şəbnəm Mehdizadə