- 23 İyul 23:02
Türkiyənin Tekirdağ şəhərinin Ergene rayonunda ağır yol qəzası baş verib.
E-huquq.az "Habertürk"ə istinadən xəbər verir ki, sənişin avtomobilinin yol təmiri gedən hissədə əks istiqamətə daxil olan yük maşını ilə toqquşması nəticəsində 4 nəfər həlak olub.
Hadisə yerinə təcili tibbi yardım və jandarma briqadası cəlb olunub.
Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra həlak olanların şəxsiyyəti müəyyən edilib.
Hadisə ilə əlaqədar yük maşını sürücüsü saxlanılıb.
Şəbnəm Mehdizadə