Egey dənizində güclü zəlzələ oldu


  • 23 İyul 20:07

Egey dənizində, Muğlanın Bodrum sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:27-də qeydə alınıb.

Zəlzələ təxminən 11,38 kilometr dərinlikdə baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər