- 21:05
Şimalı Kipr Türk Respublikasında (ŞKTR) kəskin istilərlə bağlı bəzi tədbirlər görülüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturda açıq havada işləmək insan sağlamlığı üçün təhlükə yaradır. Bu məqsədlə 24 iyul cümə axşamından 27 iyul bazar gününə kimi saat 12:00-dan 16:00-a qədər açıq havada davamlı iş qadağan edilib.
Kənd təsərrüfatı və tikinti sektorlarında işəgötürənlər qadağaya riayət etmək şərti ilə iş saatlarını təyin edə biləcəklər.
ŞKTR Meteorologiya Xidmətinin məlumatına görə 22-28 iyul tarixləri arasında adada temperatur 41-44 dərəcə, sahil boyu isə 34-37 dərəcə Selsi civarında olacaq.
Şəbnəm Mehdizadə