- 21:05
Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində yerləşən üçmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən köşkdə naməlum səbəbdən partlayış baş verib.
Partlayışdan sonra bina uçub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
Hadisə zamanı binada heç kimin olmadığı bildirilsə də, partlayışın gücü ətrafdakı binalara və avtomobillərə ziyan vurub.
İstanbul Valiliyinin hadisə ilə bağlı yaydığı açıqlamada hadisə zamanı ölən və yaralanan olmayıb.
Şəbnəm Mehdizadə