Sosial mediada yayılan təhlükəli tendensiya ağır fəsadlar törədir


  • 24 İyul 08:51

Sosial mediada başlayan yeni tendensiya insan sağlamlığına qarşısıalınmaz ziyan vurmaq təhlükəsi yaradır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, son dövrlərdə “Miracle Mineral Solution (MMS)” və ya “aerob oksigen” adlı və tərkibində xlor dioksidi olan məhsulu içənlərin sayı günü-gündən artır.

Lakin bu, MMS insan sağlamlığı üçün ciddi təhlükə yaradan kimyəvi ağardıcı maddədir. Onun tərkibində zəhərli olan natrium hipoklorit var. Bu maddə mədə turşusu ilə təmasda olduqda xlor dioksidə çevrilir.

MMS qəbulu bir neçə saat ərzində qusma, ishal və mədə ağrısı kimi ağır reaksiyalara səbəb ola bilər.

Daha ağır hallarda isə mədə və bağırsağın selikli qişasını yandıra bilər, bağırsaq perforasiyasına, potensial ölümcül təcili vəziyyətə səbəb ola bilər.

Bu məshulun qəbulu qırmızı qan hüceyrələrinin oksigen daşıma qabiliyyətini itirdiyi methemoqlobinemiya adlı ciddi bir vəziyyətə səbəb ola bilər. Bundan başqa o, hüceyrə membranlarına zərər verə, böyrək çatışmazlığına və ölümə səbəb ola bilər.

Bəzi satıcılar MMS-nin ağızda istifadə üçün təhlükəsiz olduğunu və bu maddənin diş gigiyenası üçün istifadə edildiyini iddia edirlər. Bununla belə, klinik tədqiqatlar göstərir ki, bu məhsul həm faydalı, həm də zərərli hüceyrələri məhv edir.
Məhsul ağız qoxusunu müvəqqəti olaraq azalda bilsə də, hüceyrə membranlarını zədələyir və həzm florasını pozur.

Bundan başqa bu maddənin qəbulu aşağı qan təzyiqi, huşunu itirmə, həddindən artıq qan itkisinə səbəb olmaqla yanaşı tənəffüs yollarını qıcıqlandırır. Nəfəs aldıqda, burun, boğaz və ağciyərlərdə iltihaba gətirib çıxarır. Zavod işçiləri üzərində aparılan tədqiqatların nəticəsinə görə, hətta aşağı dozalarda belə öskürək, nəfəs darlığı və rinit kimi simptomları qeyd edilib. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, xlor dioksid sinir sisteminə təsir edir, beyin inkişafını ləngidir və hərəkətliliyi pozur, hormon balansının pozulmasına və cinsi yetkinliyin gecikməsinə səbəb ola bilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər