Yevlaxda odlu silahla qətl törədilib


  • 24 İyul 09:28

Yevlaxda qətl hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər