Kamboca Baş naziri Hun Manet Tailandla sərhəddə gərginliyin artması fonunda BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini tələb edib.
E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə müvafiq məktub BMT-də Pakistanın daimi nümayəndəsi Asim İftiхar Əhmədə göndərilib.
"Tailandın son vaxtlar regionda sülh və sabitliyə təhlükə yaradan son dərəcə ciddi və təcavüzkar hərəkətlərini nəzərə alaraq, mən sizi Tailandın təcavüzünü dayandırmaq üçün Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağa çağırıram", – məktubda qeyd edilib.
Nazirin sözlərinə görə, 2025-ci il iyulun 24-ü səhər tezdən Tailand Silahlı Qüvvələri sərhəd bölgələri boyunca Kamboca mövqelərinə qarşı təxribat xarakteri daşımayan, əvvəlcədən planlaşdırılmış və qəsdən həyata keçirilmiş hücumlara başlayıblar. Hökumət başçısının qeyd etdiyinə görə, Tailand beynəlxalq hüququ, BMT və ASEAN nizamnamələrini pozaraq hərəkət edib, Kamboca ordusu isə suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə tədbirləri görməkdən başqa seçimə malik olmayıb.
Humay Eminqızı
