Rusiyada dinc sakinlər Ukrayna Silahlı Qüvvələrinin hücumlarının hədəfindədir.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“22 iyulda pilotsuz uçuş aparatı avtobusa hücum etdi, nəticədə üç dinc sakin həlak oldu, üç nəfər yaralandı. Həmçinin Qladkovka və Novaya Kaxovka kəndlərində mülki avtomobillərə edilən dron zərbələri nəticəsində üç nəfər xəsarət alıb. Bu gecə Soçi rayonunda Ukrayna pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı məlumat gəldi. Nəticədə bir qadın həlak olub, azı daha bir nəfər xəsarət alıb”, – deyə diplomat bildirib.
O əlavə edib ki, bu, silahlı qüvvələrə qarşı zərbə deyil, dinc sakinlərə qarşı məqsədli terror hücumudur.
Zaxarova qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri silahsız olan, gündəlik işləri ilə məşğul olan insanları hədəf seçir: “Həmçinin məktəblilər və məktəbəqədər yaşda olan uşaqlar da bu terrorçu dəstənin hədəfinə çevrilir. Lakin bütün bunlara görə cəza da verilir. Rusiya məhkəmələri ukraynalı neonasistlərə və muzdlu döyüşçülərə hökm çıxarmağa davam edir”
Humay Eminqızı
