ABŞ Ukraynaya 322 milyon dollar dəyərində silah satışını təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bəyanatda Ukraynanın hava hücumundan müdafiə imkanlarını artırmaq və zirehli döyüş texnikası ilə təmin etmək üçün Kiyev hökumətinə 322 milyon dollarlıq silah satışını təsdiqlədiyi açıqlanıb.
Konqresə göndərilən bildirişə əsasən, ABŞ istehsalı olan zirehli texnikanın alınması, texniki xidməti, təmiri və modernləşdirilməsi üçün 150 milyon dollar, yer-hava raket sistemləri üçün isə 172 milyon dollar büdcə ayrılıb.
ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ağ Evdə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte ilə Ukraynaya silah göndərilməsi ilə bağlı razılığa gəldiyini elan edərək, ölkəsinin bu silahları istehsal edəcəyini və NATO müttəfiqlərinin xərclərini ödəyəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə
