ABŞ Texas ştatının El Paso şəhərində qeyri-qanuni miqrantların saxlanılması üçün mərkəzi Virciniya ştatında olan bir şirkətlə razılaşma əldə edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, şirkətə qeyri-qanuni miqrantların saxlanması üçün El Pasoda 5000 tutumlu obyektin tikintisi və istismarı üçün təxminən 232 milyon dollar ödəniləcək.
Obyektin 2027-ci ilin sentyabrınadək təhvil verilməsi nəzərdə tutulur.
Humay Eminqızı
