Dünyada nəsli kəsilmiş hesab edilən ən kiçik ilan yenidən ortaya çıxıb


  • 24 İyul 2025 15:44

On illərdir görünməyən və nəsli kəsilmək təhülkəsi ilə üzləşən Barbados kəndir ilanı Karib dənizindəki Barbados adasında yenidən aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ilan bu yay meşəlik ərazidə kiçik bir qayanın altında tapılıb.

Təxminən bir ay sonra başqa bir meşə ərazisində ikinci bir fərd tapılıb. Bu yeni tapıntılar elm adamlarına növlərin yaşayış mühiti haqqında daha çox məlumat əldə etməyə və daha effektiv qorunma strategiyaları hazırlamağa imkan verəcək.

Təxminən 10 santimetr uzunluğunda və 2 millimetr qalınlığında olan bu balaca ilan yerli olaraq “qurd ilan” kimi də tanınır, lakin o, əksər yer qurdlarından da kiçikdir. Onun əsas qida mənbəyinin termitlər və termit yumurtaları olduğu düşünülür.

Barbados Ətraf Mühit Nazirliyinin ekoloqu Connor Blades bildirib ki, bu ilan 135 ildə cəmi beş dəfə sənədləşdirilib. İlk təsdiqlənmiş müşahidə 1889-cu ilə aiddir. Bununla belə, növün unikallığı 2008-ci ildə Templ Universitetinin professoru S. Blair Hedges tərəfindən aparılan genetik analizlə təsdiq edilib. Bu analiz Barbados kəndir ilanının dünyanın ən kiçik məlum ilanı kimi qeydə alınmasına səbəb olub.

Barbados Avropa müstəmləkəçiliyindən sonra təbii meşələrinin 98 faizini itirib. Bu gün adada çox az sayda təbii, rütubətli meşə yaşayış yeri qalır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər