Məzmuna keç

HRW: Hindistan yüzlərlə müsəlmanı qanunsuz olaraq Banqladeşə deportasiya edib

May ayından etibarən Hindistanın paytaxtı Yeni Dehli yüzlərlə Benqal müsəlmanını deportasiya edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı tərəfindən dərc edilən hesabatda deyilir.

Onların əksəriyyəti Banqladeşlə qonşu olan Hindistan əyalətlərində anadan olan qadın və uşaqlardır.

Hesabatda qeyd edilib ki, sərhədçilər bəzi şəxsləri Banqladeş ərazisinə zorla daxil edib, onların şəxsiyyət vəsiqələrini müsadirə ediblər.

Banqladeş səlahiyyətliləri deportasiya edilən təxminən 1500 nəfərdən bəzilərinin Hindistan vətəndaşı olduğunu və bu şəxslərin bəzilərinin Hindistana qayıtdığını təsdiqləyib.

Humay Eminqızı