Türkiyədə neft quyusunda partlayış olub: yaralılar var


  • 25 İyul 07:01

Türkiyənin Diyarbəkir şəhərində neft quyusunda partlayış olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir-Batman avtomobil yolunda TPAO-ya (Türkiyə Neft Şirkəti) məxsus Üçtəpə-1 qazma quyusunda naməlum səbəbdən partlayış baş verib.

Partlayış nəticəsində ikisi ağır olmaqla 7 fəhlə yaralanıb. Hadisə yerinə tibb, xilasetmə və jandarma qrupları cəlb ediib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhər xəstəxanalarına aparılıb.

Partlayışdan sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.

İlkin məlumatlara görə, partlayışa qaz sıxılması səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər