- 25 İyul 21:05
Türkiyənin Muğla şəhərində 28 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alır.
Məlumata görə, Muğlanın Datça mahalı sahillərində yelkənli qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsinin qayıqları göndərilib.
Qayıqda olan 28 qeyri-qanuni miqrant yaxalanıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə