- 25 İyul 21:05
Türkiyənin Bitlis şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Bitlis-Tatvan avtomobil yolunda minik avtomobili ilə yük maşını toqquşub
Qəza nəticəsində 7-si uşaq olmaqla 13 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar Bitlis və Tatvan xəstəxanalarına aparılıb.
Qəza nəticəsində müvəqqəti olaraq bağlanan yolda bir müddət sonra nəqliyyatın hərəkəti normallaşıb.
Şəbnəm Mehdizadə