- 25 İyul 21:05
İtaliyanın cənubundakı Ciro Marino kurortunun ətrafında baş verən meşə yanğını ilə əlaqədar olaraq bölgədəki 180 nəfər təxliyə edilib.
E-huquq.az İtaliyanın TGCOM24 saytına istinadən xəbər verir ki, dünən günorta saatlarında Volvito kurort zonasını əhatə edən meşədə güclü yanğın baş verib.
Külək nəticəsində yanğın sürətlə genişləndiyi üçün kurortda olan 180 nəfər təxliyə edilib.
Çoxlu sayda yanğınsöndürən yanğına müdaxilə edib, ətrafdakı magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Həmçinin Siciliyada, Palermo yaxınlığındakı Pioppoda başlayan və güclənən meşə yanğını hələ də davam etdir.
Şəbnəm Mehdizadə