ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib


  • 25 İyul 07:35

ABŞ Şimali Koreyanın bir şirkəti və üç vətəndaşına sanksiya tətbiq edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ beynəlxalq sanksiyalara baxmayaraq nüvə silahı və ballistik raket proqramını davam etdirən Şimali Koreyaya qarşı yeni addım addım atıb.

Bu sanksiyalara məruz qalan təşkilat və şəxslərin aktivlərinin dondurulub, onlara ticarət məhdudiyyətləri tətbiq edilib.

Açıqlamada qeyd edilib ki, ABŞ Ədliyyə Nazirliyi saxta siqaret qaçaqmalçılığı ilə beynəlxalq sanksiyalardan yayınan 7 Şimali Koreya vətəndaşına qarşı ittiham aktlarını tamamlayıb. Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Dövlət Departamenti Transmilli Mütəşəkkil Cinayətkarlığın Mükafat Proqramı çərçivəsində bu şəxslərin həbsinə səbəb olan məlumatlara görə 500 min dollardan 7 milyon dollara qədər mükafat təklif edib.

"ABŞ Maliyyə Nazirliyi hökumətin bütün qolları ilə birlikdə sanksiyalardan yayınmağa kömək edənləri məsuliyyətə cəlb etməyə davam edəcək" – deyə məlumatda bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər