PKK/YPG Suriya ordusunun 11 əsgərini girov götürüb


  • 25 İyul 07:44

PKK/YPG terror təşkilatı Suriya ordusunun 11 əsgərini girov götürüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya təhlükəsizlik mənbələri məlumat yayıb.

Məlumata görə, Hələb şəhərinin Deyr Hafir bölgəsində terrorçular yolunu azaraq PKK/YPG-nin nəzarət məntəqəsinə daxil olan 11 əsgəri saxlayıb.

Bölgədə Suriya ordusu ilə PKK/YPG arasında toqquşmalar davam edir.

Ölkənin cənubundakı Əs-Süveyda vilayətində başlayan etirazlar zamanı PKK/YPG terrorçuları və işğal etdikləri Rakka vilayətindən Deyr Hafir sərhədinə xeyli silah sursat daşıyıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər