ABŞ Fransanın Fələstin dövlətini tanımaq qərarını qətiyyətlə rədd edir


  • 25 İyul 08:09

ABŞ Fransanın Fələstin dövlətini tanımaq qərarını qətiyyətlə rədd edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio öz sosial media hesabında etdiyi paylaşımında bildirib.

O, əlavə edib ki, Fransanın bu addımı Həmasın təbliğatına xidmət edir və 2023-cü il 7 oktyabrda başlayan münaqişədə həyatını itirənlərin üzünə vurulan sillədir.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) məsələ ilə bağlı rəsmi açıqlama verəcəyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər