Tailand-Kamboca sərhədində toqquşmalar davam edir: 100 min nəfər təxliyə edildi


  • 25 İyul 08:27

Tailand Kamboca ilə sərhəddə yerləşən dörd sərhəd əyalətindən 100 mindən çox insanı təxliyə edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 100 672 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Səhiyyə Nazirliyi ölənlərin sayının 14-ə yüksəldiyini açıqlayıb.

Qeyd edək ki, Tailand ordusu Kamboca ərazisindəki hədəfləri vurmaq üçün F-16 qırıcılarını yerləşdirib. Hər iki tərəfin artilleriya atəşi açması nəticəsində başlayan qarşıdurmada ən azı 11 mülki şəxs həlak olub. Qarşıdurmada hər iki tərəf bir-birini günahlandırıb. Məlumata görə, toqquşmalar təxminən 209 kilometrlik bir xətt boyunca ən azı altı fərqli yerdə baş verib.

Tailand ordusundan verilən açıqlamaya görə, Ubon Raçathani əyalətinin Chong Bok və Phu Makhuea rayonlarında və Surin əyalətinin Phanom Dong Rak bölgəsində cümə günü yerli vaxtla səhər saat 4:00 radələrində qarşıdurmalar yenidən başlayıb. Bəyanatda Kamboca əsgərlərinin artilleriya və raket kimi ağır silahlardan istifadə etdiyi, Tailand əsgərlərinin isə cavab atəşi açdığı qeyd edilib.

Son 13 ilin ən qanlı toqquşmaları kimi qeydə alınan bu hadisələr Tailandın Kamboca səfirini qovulmasından və çərşənbə günü öz səfirinin Phnom Penhdən geri çağırılmasından sonra baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər