- 13:00
ABŞ-da yerləşən məşhur çip istehsalçısı “İntel” işçilərinin 15 faizini ixtisar etmək planını icra edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar, mart ayında vəzifəyə gələn yeni baş direktor Lip-Bu Tanın dövründə atılan ən böyük addımlardan biri olub.
Tan verdiyi açıqlamada bildirmişdi ki, bu proses vaxt aparacaq, lakin şirkətin rəqabət qabiliyyətini, gəlirliliyini artıracaq.
2024-cü ilin sonuna olan məlumata görə, Intel və onun törəmə şirkətlərində ümumilikdə 108,900 işçi çalışırdı. Şirkət 2025-ci ilin sonuna qədər əsas biznesində öz işçi qüvvəsini 75 000 işçiyə qədər azaltmağı planlaşdırır.
Şirkət həmçinin xərcləri azaltma strategiyasının bir hissəsi olaraq Almaniya və Polşadakı bəzi layihələri ləğv edib.
2025-ci ilin əvvəlindən şirkətin səhmləri ümumilikdə 12 faiz dəyər qazanıb.
Şəbnəm Mehdizadə