Hindistan və Çin arasında diplomatik əlaqələr bərpa edilir


  • 25 İyul 08:57

Hindistan və Çin arasında diplomatik əlaqələr yeni dövrə qədəm qoyub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan 5 illik fasilədən sonra Çin vətəndaşlarına turist vizalarının verilməsini bərpa edəcəyini açıqlayıb.

Hindistanın Pekindəki səfirliyi Çin vətəndaşlarının 24 iyul Cümə axşamı günündən etibarən turist vizaları üçün müraciət edə biləcəklərini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, bu, bütün tərəflərin qarşılıqlı maraqlarına uyğundur. Quo əlavə edib ki, Çin kadr mübadiləsini asanlaşdırmağa və Hindistanla əlaqə saxlamağa hazırdır.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2020-ci ilin iyununda Ladaxın Qalvan vadisində baş verən ölümcül toqquşma nəticəsində gərginləşib. Sərhəddə baş verən toqquşmada azı 20 Hindistan və 4 Çin əsgəri həlak olub. Bu, 1962-ci il müharibəsindən sonra ilk ciddi sərhəd toqquşması olub.

Çin 2025-ci ilin mart ayında Hindistan vətəndaşları üçün turist vizası məhdudiyyətlərini ləğv etdi, bundan sonra iki tərəf birbaşa uçuşların bərpası üçün işə başladı.

Hindistanın bu addımı xüsusilə turizm və ticarət sektorlarında müsbət qarşılanıb. Ekspertlər bu qarşılıqlı addımların regional sabitlik və iqtisadi əməkdaşlıq üçün vacibliyini vurğulayırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər