- 13:35
ABŞ-nin “Meta” şirkətinin istifadəçilərə sadə əl jestləri ilə kompüterləri idarə etməyə imkan verən yeni geyilə bilən qolbaq texnologiyası üzərində işləyir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, "Control Shift" adlanan bu qolbaq, xüsusən də fiziki məhdudiyyətli şəxslər üçün daha faydalı olacaq.
Şirkətin Reality Labs tədqiqat qrupu tərəfindən hazırlanmış cihaz biləyinə implantasiya edilmiş səth elektromiyoqrafiyası (sEMG) sensorlarından istifadə etməklə işləyir. Bu sensorlar əzələ hərəkətlərindən yayılan elektrik siqnallarını aşkarlayır və onları kompüter tərəfindən yaradılan hərəkətlərə çevirir.
İstifadəçilər, məsələn, mesaj yaza, proqramları aça və ya havada yazırmış kimi jest edərək kursoru hərəkət etdirə bilərlər.
Meta, bu texnologiyanı Orion artırılmış reallıq (AR) eynəkləri ilə sınaqdan keçirdiyini və bu məhsulun yalnız başlanğıc olduğunu bildirib.
Şirkət daha intuitiv və təbii istifadəçi təcrübəsi yaratmaq üçün ənənəvi idarəetmə cihazlarından (məsələn, klaviatura və toxunma ekranı) kənara çıxmağı hədəfləyir. Cihazın süni intellekt dəstəyi ilə istifadəçi ehtiyaclarına uyğunlaşdırılması planlaşdırılır.
Bu inkişaf həm əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması, həm də gələcəkdə texnoloji interfeyslərin necə inkişaf edəcəyi baxımından irəliyə doğru atılmış mühüm addım hesab olunur.
Tədqiqat nüfuzlu Nature elmi jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə