- 13:35
Araşdırmalara görə, gündə 7000 addım atmaq beyin funksiyasını yaxşılaşdıra və bir çox xəstəliklərdən qoruya bilir.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Lancet İctimai Sağlamlıq jurnalında dərc edilən araşdırmada yer alır.
Tədqiqatlar göstərir ki, bu, həm də xəstəliyi, demans, xərçəng və depressiya kimi ciddi xəstəliklər riskini xeyli azaldır.
Tədqiqata rəhbərlik edən doktor Melodi Dinq bəzi məqamlara toxunub. O bildirib ki, "10.000 addım sayğacı" sağlamlıq təlimatı kimi qəbul edilib. Lakin 10.000 addım təxminən 8 kilometrə bərabərdir. Ancaq addım uzunluğu insandan insana dəyişdiyi üçün bu məsafə insandan insana dəyişə bilər. Daha uzun və daha sürətli yeriyənlər daha az addımla daha çox məsafə qət edə bilərlər.
Yeni araşdırma dünyanın hər yerindən 160 000-dən çox böyüklərin sağlamlıq və hərəkət məlumatlarını təhlil edib. Gündə 2000 addım gedənlərlə müqayisədə gündə 7000 addım atanlarda ürək-damar xəstəliklərinə 25, xərçəngə 6, Demans 38, depressiya 22 faiz daha az rast gəlinir.
Ümumi nəticələr gündə cəmi 4000 addım atmağın belə 2000 addımdan daha çox sağlamlıq faydası olduğunu göstərir.
Şəbnəm Mehdizadə