- 13:35
"TikTok"ABŞ-də tamamilə qadağan oluna bilər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp administrasiyası Çinə bəzi sövdələşmələr təklif edib, lakin bu təkliflər hələ təsdiqlənməyib.
Belə ki, ABŞ tərəfi təkcə mülkiyyət hüququnun ötürülməsini deyil, həm də "TikTok" alqoritmi üzərində giriş və nəzarət tələb edir.
Bu çərçivədə ABŞ-nin "TikTok"un ən azı 50%-nə sahib olacağı, qalan payın isə Çin və ByteDance arasında bölüşdürüləcəyi gözlənilir. Trampın təklif etdiyi alıcıların adları ictimaiyyətə açıqlanmasa da, Çin hökuməti bu adlarla bağlı hər hansı bir qərarı nəzərdən keçirdiyinə dair rəsmi açıqlama verməyib.
ABŞ-nin Ticarət Naziri Hovard Lutnik CNBC-yə bildirib ki, razılıq əldə olunmazsa "TikTok" ABŞ-də fəaliyyətini dayandıracaq.
Şəbnəm Mehdizadə