Pakistanda sel və daşqınlar 18 nəfərin ölümünə səbəb olub - FOTO


  • 25 İyul 13:41

Pakistanın Thak Gah kəndində güclü daşqınlar və leysan yağışları 18 nəfərin həyatına son qoyub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanda davam edən musson yağışları sel və torpaq sürüşmələrinə səbəb olub.

Kənddə güclü daşqınlar və leysan yağışları bəzi bölgələrdə dağıntılara səbəb olub.

Dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Fövqəaldə Halların İdarə Olunması İdarəsi (PDMA) azı 18 nəfərin öldüyünü, çoxunun isə itkin düşdüyünü açıqlayıb.

Bununla da ölənlərin ümumi sayı 242-yə, xəsarət alanların sayı 600-ə çatıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər