- 13:35
Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında qaz partlayıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1-i uşaq olmaqla 3 nəfər həyatını itirib.
Partlayış yerli vaxtla təxminən 12:12 radələrində baş verirb.
İlkin məlumatlara görə, 10-cu mərtəbədən 7-ci mərtəbəyə kimi bir neçə mənzil dağılıb.
Bina sakinləri təxliyyə edilib. Dağıntılar altında dələ də insanların olduğu ehtimal edilir. Axtarış əməliyyatları davam etdirilir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) maddəsi ilə cinayət işi açılıb.
Humay Eminqızı