- 13:35
Rusiyanın Sankt-Peterburq şəhərində iyulun 27-də keçiriləcək Baş Dəniz Paradı ləğv edilib.
E-huquq.az xəbər verir ki, bu barədə şəhər nəqliyyat komitəsi məlumat yayıb.
“Hərbi Dəniz Donanması Günü münasibətilə nəzərdə tutulan salüt, Hərbi Dəniz Paradı və yelkənli, avarlı, mühərrikli gəmilərin kolonna şəklində keçidi baş tutmayacaq”, - komitənin məlumatında deyilir.
Komitə həmçinin xatırladıb ki, təhlükəsizlik məqsədilə şəhərin çay və kanallarında kiçik həcmli gəmilərin üzməsi üzrə məhdudiyyətlər davam edir.
Paradın ləğv edilməsinin səbəbi barədə isə rəsmi açıqlama verilməyib.
Humay Eminqızı