- 13:00
Qazaxıstan Müdafiə Nazirliyinə məxsus, göyərtəsində üç ekipaj üzvü olan hərbi helikopterlə rabitə əlaqəsi itib.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, helikopter 25 iyul tarixində Luqovoy qəsəbəsindən havaya qalxıb və Otar rayonu ərazisində rabitə əlaqəsinə çıxmayıb.
Hazırda Almatı vilayətində axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və əlavə helikopter cəlb olunub.
Humay Eminqızı